Şəxsi məlumatlarınızın necə qorunduğu haqqında.
Qeydiyyat zamanı: ad, soyad, istifadəçi adı, e-poçt və telefon nömrəsi. Ödəniş zamanı kart məlumatlarınız bizdə saxlanılmır — birbaşa bankın ödəniş şlüzündə işlənir.
Topladığımız məlumatlardan yalnız hesabınızı idarə etmək, kurslara giriş təmin etmək, ödənişləri emal etmək və dəstək göstərmək üçün istifadə edirik.
Ödənişlər Kapital Bank-ın PCI-DSS standartına uyğun ödəniş şlüzü üzərindən aparılır. Kart məlumatlarınız bizim serverlərimizə düşmür və 3D Secure ilə qorunur.
Şəxsi məlumatlarınız üçüncü tərəflərə satılmır və ya paylaşılmır. İstisna: ödənişin emalı (bank) və qanuni tələblər.
Sayt yalnız zəruri sessiya çərəzlərindən istifadə edir (sizi sistemdə daxil saxlamaq üçün). İzləmə və reklam çərəzləri istifadə olunmur.
Şifrələriniz şifrələnmiş (hash) formada saxlanılır — heç kim, o cümlədən biz, açıq mətnlə görə bilmərik. Məlumatlarınız texniki və təşkilati tədbirlərlə qorunur.
Məlumatlarınıza baxmaq, düzəltmək və ya hesabınızın silinməsini tələb etmək hüququnuz var. Bunun üçün eshipxhelp@gmail.com ünvanına yazın.
Gizliliklə bağlı suallar üçün: eshipxhelp@gmail.com · WhatsApp +994 51 667 61 36.