Kursların ödənişi və qaydaları haqqında məlumat.
Eshipx Academy-də ödənişlər yalnız sayt üzərindən, rəsmi və təhlükəsiz şəkildə qəbul edilir:
Kurs səhifəsində “Kartla al” düyməsinə klik etdikdən sonra təhlükəsiz ödəniş səhifəsinə yönləndirilirsiniz. Kart məlumatlarınızı daxil edib ödənişi tamamlayırsınız. Ödəniş 3D Secure ilə qorunur. Ödəniş təsdiqləndiyi anda kurs dərhal hesabınızda açılır — gözləmə yoxdur.
Bütün ödənişlər Kapital Bank-ın PCI-DSS standartına uyğun ödəniş şlüzü üzərindən aparılır. Kart məlumatlarınız bizim serverlərimizdə saxlanılmır — birbaşa bankın təhlükəsiz sistemində işlənir. 3D Secure (Verified by Visa / Mastercard SecureCode) hər tranzaksiyada tələb olunur.
Kursların qiymətləri Azərbaycan manatı (₼) ilə göstərilir. Endirim kampaniyaları və köhnə qiymət hər kursun səhifəsində aydın qeyd olunur.
Kurslar rəqəmsal məhsul olduğu üçün ödəniş tamamlandıqdan sonra geri qaytarılma mümkün deyil. Qoşulmadan əvvəl kurs məzmunu, dərs siyahısı və tanıtım videosunu mütləq nəzərdən keçirin.
Ödənişlə bağlı suallar və ya rəsmi sənəd lazım olduqda bizimlə WhatsApp və ya eshipxhelp@gmail.com üzərindən əlaqə saxlayın.