Kurslara giriş, müddət və istifadə şərtləri.
Ödəniş tamamlandıqdan sonra dərhal platformaya girişiniz açılır və kursun bütün dərsləri əlçatan olur. Öz tempinizdə (self-paced) öyrənirsiniz — vaxt limiti yoxdur.
Hər kurs HD video dərslərdən ibarətdir. Kurs videolarına ömürlük girişiniz var — istənilən vaxt, istənilən qədər yenidən izləyə bilərsiniz.
Kursu aldıqdan sonra ömürlük mentor dəstəyi alırsınız — müddət limiti yoxdur. Dərslərlə bağlı suallarınızı istənilən vaxt WhatsApp dəstək kanalına yaza bilərsiniz.
Bütün dərsləri tamamladıqdan sonra Eshipx sertifikatı alırsınız. Sertifikatı CV-də və ya LinkedIn profilinizdə göstərə bilərsiniz.
Kursda təqdim olunan video, mətn və materiallar yalnız şəxsi öyrənmə məqsədilə istifadə oluna bilər. Üçüncü şəxslərlə paylaşılması, kommersiya məqsədilə istifadəsi və yenidən satışa çıxarılması qəti qadağandır. Bu qaydanın pozulması hesabın bloklanmasına və hüquqi məsuliyyətə səbəb olur.
Kurslar mütəmadi olaraq yenilənir (eBay/Amazon siyasətləri, yeni platformalar və strategiyalar əlavə olunduqca). Ömürlük girişiniz olduğu üçün bütün yenilənmələrə pulsuz çıxışınız var.
Dərslər HD (1080p) videolardan ibarətdir. Lazım olanlar: stabil internet bağlantısı və müasir brauzer (Chrome, Safari, Firefox və ya Edge).